"Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir

Baş səhifə

“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi 8 oyunçudan 2-si Azərbaycana gələcək.

Modern.az xəbər verir ki, bu barədə funksionerin özü məlumat verib.

O bildirib ki, “Obasa Cup” turnirində bəyəndiyi iki nigeriyalı oyunçu yaxın zamanda Akademiyanın bazasında olacaq:

“Bu gün hər iki oyunçunun sənədlərini hazır etmişik. Amma həmin futbolçuların Azərbaycana hansı tarixdə gələcəkləri bəlli deyil”. (AZƏRTAC)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir