Yaponiya şirkətləri azad edilmiş ərazilərdə energetika sahəsi üzrə qiymətləndirmə aparır

Baş səhifə

Hazırda Yaponiya şirkətləri Qarabağ və ətraf rayonlarda həyata keçirilən layihələr çərçivəsində energetika sahəsində qiymətləndirmə aparır.

Bunu APA-nın sualına cavabında Yaponiya səfiri Katsuya Vatanabe bildirib.

Səfirin sözlərinə görə, Yaponiya şirkətləri Qarabağ və ətraf rayonlarda xüsusilə infrastrukturun bərpası, sənaye obyektlərinin qurulması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıqda maraqlıdır.

Diplomat qeyd edib ki, regionun böyük iqtisadi imkanları var və düzgün planlaşdırma ilə bu ərazilər qısa müddətdə inkişaf mərkəzinə çevrilə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir