
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft
(qaz kondensatı daxil olmaqla) hasil edilib.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
56 min ton və ya 2,4% azdır.
Dövr ərzində xam neft hasilatının 2,248 milyon tonunu əmtəəlik
xam neft təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə
müqayisədə 53 min ton və ya 2,3% azdır.
Ümumilikdə, hesabat ayında ölkənin mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq ayına nisbətən 2,4 faiz artıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,2 milyon ton,
əmtəəlik təbii qaz hasilatı isə 3,4 milyard kub metr təşkil edib.
Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 2,3 faiz azalıb,
əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

