ABŞ-də gənc model butikdən 1 milyon dollarlıq mal oğurlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-də 21 yaşlı kişi elit butikdən 1 milyon dollardan çox
məbləğdə dizayner mallarının oğurlanmasında şübhəli bilinərək
saxlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Polisin məlumatına görə, Abdalla Diabi və maskalı üç şəriki
butikə daxil olaraq “Saint Laurent” brendinə məxsus təxminən 20
ədəd gödəkçə, 30 çanta, 20 kəmər və digər lüks əşyaları
oğurlayıblar.




Şübhəlilər əvvəlcədən hazırlanmış plan əsasında hərəkət ediblər:
onlar gümüşü rəngli Ford markalı yolsuzluq avtomobili ilə hadisə
yerinə gəlib, binaya daxil olmaq üçün taxtapuşdan və nərdivandan
istifadə ediblər.

Bütün hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb və
əməliyyat təxminən dörd yarım dəqiqə çəkib.

Manhetten Cinayət Məhkəməsində ona xüsusilə külli miqdarda
oğurluq, mənzilə qanunsuz daxil olma yolu ilə oğurluq və oğurlanmış
əmlakı qanunsuz saxlama ittihamları irəli sürülüb. Ştat
qanunvericiliyinə əsasən irəli sürülən ittihamlar zorakılıqla bağlı
cinayətlər kateqoriyasına aid edilmədiyi üçün məhkəmə onun
girovsuz, nəzarət altında azadlığa buraxılmasına qərar verib. Digər
üç şübhəli isə hələ də azadlıqdadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir