Donald Tramp martın 31-də Çinə səfər edəcək

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp martın 31-dən aprelin 2-dək Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.

Modern.az xəbər verir ki, səfər çərçivəsində Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü planlaşdırılır.

Məlumata görə, tərəflər tarif artımının dayandırılması ilə nəticələnən ticarət razılaşmasının uzadılması perspektivlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Tramp fevral ayında Si Cinpinlə qarşılıqlı səfərlərin mümkünlüyü barədə danışmış və Çin liderinin bu il ABŞ-yə səfər edə biləcəyini bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir