Koreyada gənc qadın ChatGPT vasitəsilə adamöldürmədə ittiham olunur

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada bir qadın iki kişinin qətlini planlaşdırmaq üçün
süni intellekt platforması “ChatGPT”dən istifadə etməkdə şübhəli
bilinir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 21 yaşlı, soyadı Kim olan qadın eyni üsuldan –
dərmanları spirtli içkiyə qatmaqdan istifadə etməklə ayrı-ayrı
hadisələrdə iki kişini öldürməkdə ittiham olunur.

O, fevralın 11-də saxlanılıb və ilkin olaraq ölümlə nəticələnən
bədən xəsarəti yetirmə maddəsi ilə cinayət işi açılıb. Lakin
telefon tarixçəsi onun mümkün nəticələrdən xəbərdar olduğunu
göstərdiyi üçün ittiham sonradan qəsdən adam öldürmə maddəsinə
dəyişdirilib.




Seulun Qanqbuk polis idarəsi qadının mobil telefonundakı
məlumatları araşdırdıqdan sonra onun ChatGPT-yə dəfələrlə belə
suallar verdiyini müəyyən edib: “Yuxu dərmanlarını spirtlə qəbul
etsən nə baş verir?”

O, həmçinin yazıb: “Təhlükəli olması üçün neçə ədəd qəbul etmək
lazımdır?” və “Bu, kimisə öldürə bilərmi?”

“Kim ChatGPT-də dərmanlarla bağlı sualları dəfələrlə verib. O,
spirtin dərmanlarla birlikdə qəbulunun ölümlə nəticələnə biləcəyini
tam şəkildə anlayırdı,” – polis müstəntiqi bildirib.

Polisin sözlərinə görə, Kim əvvəllər benzodiazepin tərkibli
reseptli sakitləşdirici dərmanları kişilərin içkilərinə qatdığını
etiraf edib, lakin bunun ölümə səbəb ola biləcəyini bilmədiyini
israr edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir