SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaratdı (FOTO)

Baş səhifə

Bakı. Trend:

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma
məntəqələrində hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini
təmin etmək məqsədilə sığınacaqlar yaradılıb.

Bu barədə Trend
“SOCAR Ukraine”in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir,
Rovno, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma
məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlar hava hücumu
siqnalı zamanı istifadə edilə bilər.

Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında
yerləşir və onların şəbəkəsi genişlənir. Oxşar təhlükəsiz
məkanların ölkənin digər regionlarında da açılması gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir