Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirildi

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında XXI turun daha bir qarşılaşması baş
tutub.

Trend-in
məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda
keçirilən oyunda “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Görüş qolsuz
heç-heçə ilə başa çatıb.




Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisi xallarının sayını
31-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
“Qəbələ” isə 15 xalla 10-cu sırada yer alıb.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” “Sumqayıt”ı
2:0 hesabı ilə məğlub edib. XXI tura fevralın 22-də yekun
vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir