Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək

Baş səhifə

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Ermənistanla normallaşma prosesi iqtisadi münasibətlərə də müsbət təsir göstərə bilər.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistan Azərbaycan və Türkiyə arasında mövcud olan enerji əməkdaşlığının bir hissəsinə çevrilə bilər deyə nazir qeyd edib.

Onun sözlərinə görə, normallaşma mahiyyət etibarilə iqtisadi münasibətlərin də tənzimlənməsini nəzərdə tutur:

“Biz enerji sahəsində əməkdaşlığı inkişaf etdirə və bu istiqamətdə mövcud imkanlardan yararlana bilərik. Ümid edirəm ki, bu proses bütün tərəflərin xeyrinə davam edəcək”.

Nazir vurğulayıb ki, regional əməkdaşlıq formatlarının genişlənməsi həm enerji təhlükəsizliyi, həm də iqtisadi inkişaf baxımından əhəmiyyətlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir