Macarıstan Aİ-nin Ukraynaya kredit ayırmaq planını blok edib

Baş səhifə

Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması qərarını dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanında daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib.

Qeyd olunur ki, belə qərarın qəbul olunması üçün Aİ-yə üzv olan bütün 27 ölkənin yekdil dəstəyi tələb olunur.

Nəşr vurğulayır ki, əgər vəsait ayrılmasa, Ukrayna bu ilin ikinci rübündə ciddi maliyyə çətinlikləri ilə üzləşə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir