Ukraynaya dəstək koalisiyasının videogörüşü keçiriləcək

Baş səhifə

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ildönümündə “istəkli ölkələr koalisiyası”nın görüşünün keçirilməsi planlaşdırılır.

Modern.az xəbər verir ki, məlumata görə, iclas 24 fevral tarixində videokonfrans formatında təşkil olunacaq. Görüşə Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer sədrlik edəcək.

Bildirilib ki, toplantının məqsədi 35 iştirakçı ölkənin Ukraynaya dəstək öhdəliyini bir daha təsdiqləmək, eləcə də Ukraynanın və Avropanın təhlükəsizliyini təmin edəcək möhkəm və uzunmüddətli sülh üçün şəraitin yaradılmasına yardım göstərməkdir.

Qeyd olunur ki, görüşdə Ukraynaya siyasi, hərbi və humanitar dəstək məsələləri müzakirə ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir