Almaniya Kansleri Fridrix Merts CDU-nun sədri vəzifəsinə yenidən seçildi

Baş səhifə

Bakı. Trend:

Almaniya Kansleri Friedrich Merz lideri olduğu Xristian
Demokratlar İttifaqının (CDU) sədri vəzifəsinə yenidən seçilib.

Trend xəbər verir
ki, F.Merts partiyasının Ştutqart şəhərində keçirilən qurultayında
səlahiyyətli nümayəndələrin 91 faizindən bir qədər çox səsini
toplayıb.




Qurultayda Almaniyanın sabiq Kansleri (2005-2021), 2000-2018-ci
illərdə CDU-ya rəhbərlik etmiş Angela Merkel də iştirak edib.

Almaniyanın ən güclü siyasi partiyalarından olan mərkəz-sağ
mövqeli CDU 1945-ci ildə təsis olunub. Partiya federal hökumətdə ən
çox yer alan siyasi qüvvə kimi Almaniyanın siyasətində dominant rol
oynamaqdadır. Almaniya Federativ Respublikasının təsis olunduğu
1949-cu ildən indiyədək ölkəyə rəhbərlik etmiş 6 Kansler və 6
Prezident CDU-nun üzvləri olub. F.Merts 2022-ci ildə partiyanın
sədri, 2025-ci il mayın 6-da isə Almaniyanın Federal Kansleri
seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir