
Bakı. Trend:
ABŞ ordusu 25 özəl şirkət tərəfindən kütləvi istehsal üçün
müsabiqəyə təqdim edilən kamikaze dronlarının prototiplərini
sınaqdan keçirməyə başlayıb.
Trend xəbər verir
ki, bu barədə Axios portalı məlumat yayıb.
Sınaqlar ABŞ-nin Corciya ştatında yerləşən Fort Benning Ordu
Bazasında keçirilir.
Məqalədə bildirilir ki, martın əvvəlinə qədər davam edəcək
testlər ABŞ-nin Ukraynadakı müharibədən dərs çıxarmağa çalışdığı
bir vaxtda kiçik və ucuz dronları, eləcə də onların
istehsalçılarını qiymətləndirməyə imkan verəcək.
Qeyd olunur ki, sınaqlar başa çatdıqdan sonra qalib prototiplər
150 milyon dollarlıq sifariş almaq imkanı əldə edəcək.

