Ali Məhkəmənin qərarı Hindistanla ticarət planlarına təsir etməyəcək – Tramp

Baş səhifə

Bakı. Trend:

Ali Məhkəmənin idxal rüsumları siyasəti ilə bağlı qərarı
Vaşinqtonun Nyu-Dehli ilə yeni ticarət razılaşması planlarına təsir
göstərməyəcək.

Trend xəbər verir
ki, bunu Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

“Heç nə dəyişmir. Hindistan təchizatçıları rüsum ödəyəcəklər,
biz isə rüsum ödəməyəcəyik”, – deyə o bildirib.




ABŞ lideri əlavə edib ki, Hindistanın Baş naziri Narendra Modi
ilə münasibətləri çox yaxşıdır.

“Deyə bilərəm ki, Modi ilə əla münasibətlərim var. Düşünürəm ki,
Hindistanla əlaqələrimiz fantastikdir”, – deyə Tramp
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir