Bir sıra ölkələrdə “Steam” platformasında nasazlıqlar qeydə alındı

Baş səhifə

Bakı. Trend:

Bir neçə ölkədə “Steam” platformasının işində fasilələr müşahidə
olunub.

Trend xəbər verir
ki, bunu “Downdetector” portalının məlumatları göstərir.




Məlumata görə, ən çox şikayət Almaniyadakı istifadəçilərdən
daxil olub – 12 mindən çox müraciət qeydə alınıb. Minlərlə şikayət
ABŞ, Böyük Britaniya, Polşa və Türkiyədən də daxil olub.

İstifadəçilərin 65 faizi sayta qoşulmaqda çətinlik çəkdiyini, 9
faizi sinxronizasiya problemləri ilə üzləşdiyini, 25 faizi isə
şəxsi hesablarına daxil ola bilmədiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir