
Bakı. Trend:
Amerika şirkəti “Tesla” “Cybertruck” elektrik pikapının daha
əlverişli versiyasını təqdim edib və eyni zamanda ən bahalı
modifikasiyası olan “Cyberbeast”ın qiymətini azaldıb.
Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.
Yeni “Cybertruck” iki mühərrikli və tam ötürücülü modeldir. Onun
qiyməti 59 990 dollar təşkil edir. Şirkət bu versiyanı pikap
modelləri arasında “ən əlverişli” variant kimi təqdim edir.
“Cyberbeast” modelinin qiyməti isə 114 990 dollardan 99 990
dollara endirilib.
Bununla belə, bu versiya artıq əvvəllər təklif olunan
“Supervised Full-Self Driving” (FSD) sürücü yardım sistemi və
“Supercharger” şəbəkəsinə pulsuz girişi əhatə edən “Luxe Package”
ilə birlikdə təqdim olunmur. Sözügedən paket ötən ilin avqust
ayında qiymət artımı ilə birlikdə əlavə edilmişdi.

