
Azərbaycanda yaz fəslinin gəlişindən xəbər verən çərşənbələr yaxınlaşır.
Modern.az xəbər verir ki, bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.
Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.
Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma ilə xarakterizə olunur. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.
Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.
Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
A.Qorxmaz

