Azərbaycanda qızıl və gümüş hasilatı azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 207,8 kiloqram qızıl hasil
olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə
müqayisədə qızıl hasilatı 28,4 kiloqram və ya 12 faiz azalıb.
2025-ci ilin yanvar ayında Azərbaycanda 236,2 kiloqram qızıl hasil
olunmuşdu.

Cari ilin fevral ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır
qızıl ehtiyatlarının həcmi 103,6 kiloqram təşkil edib.




Eyni zamanda 2026-cı ilin yanvar ayında ölkədə 329,8 kiloqram
gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni ayındakı göstərici
ilə müqayisədə 46 kiloqram və ya 14,5 faiz azdır.

Cari ilin fevralın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş
ehtiyatlarının həcmi 550,4 kiloqram təşkil edib.

Qeyd edək ki, hesabat ayında ölkədə mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq ayına nisbətən 2,4 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir