
Bakı.Trend:
Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi qeydə
alınıb.
Trend-in
məlumatına görə, hadisə saat 06 radələrində baş verib.
Salyan rayonu ərazisində yanan avtomobili söndürmək üçün
Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 əməkdaşı köməyə gəlib. Bu
zaman yük avtomobili onları vurub. Nəticədə Neftçala rayonunun
Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu
Piriyev hadisə yerində ölüb.
Digər FHN əməkdaşı, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu
il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

