Ötən gün 77 cinayət hadisəsinin üstü açılıb

Baş səhifə

Bakı.Trend:

Fevralın 20-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki
dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, ⁠ötən gün axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən
borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.




⁠Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir