Əcnəbilərin Azərbaycanda törətdiyi cinayətlərin SAYI

Baş səhifə

2025-ci ildə əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 404 cinayət törədilib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 16,5 faiz azdır.

Bundan əlavə, hesabat dövründə bir sıra cinayət növlərində də azalma qeydə alınıb. Belə ki, əzab vermə 39,5 faiz, hədə-qorxu ilə tələb etmə 35,8 faiz, mənimsəmə və ya israf etmə 35 faiz, kibercinayətlər 27,3 faiz, dövlət sərhədini qanunsuz keçmə 16,2 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi 12,4 faiz, oğurluq 10,8 faiz, insan alveri 9,7 faiz, dələduzluq 6,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma isə 4,7 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir