Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququnda məhrum edildi

Baş səhifə

Bakı.Trend:

Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes”
markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar
postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat
yayıb.

Bildirilir ki, sənədlərin yoxlanılması zamanı sürücünün bir
müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb
edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu
üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik
vasitənin təsiri altında olması aşkar edilib.




Eyni qanunazid əməli təkrar törətdiyinə görə A.Babayev
məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə
inzibati məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri
altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının
həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı
tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli
tədbirlərin görüləcəyini bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir