Ermənistanı qarışdıran azərbaycanlı qardaşlar barədə rəsmi AÇIQLAMA

Baş səhifə

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə gün öncə bu ölkəyə səfər edən azərbaycanlı qardaşlar barədə nəhayət rəsmi açıqlama verib.

Modern.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətindən Armenpress-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxslər Azərbaycan deyil, Rusiya Federasiyasının vətəndaşlarıdır.

Təhlükəsizlik Xidmətindən onu da əlavə ediblər ki, həmin azərbaycanlılar daha əvvəllər – 2013 və 2014-cü illərdə də Ermənistanda səfərdə olublar.

“Onlar Ermənistana Baqrataşen sərhəd keçid məntəqəsindən daxil olublar və səfər şəxsi xarakter daşıyır”, – MTX-dən verilən açıqlamada deyilib.

Xatırladaq ki, əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədovun bu günlərdə Ermənistana getməsi və orada sərbəst hərəkət etməsi qonşu ölkədə böyük rezonansı doğurub, hadisə gündəm olub.

Onu bu səfərdə qardaşı müşayiət edib.

Rövşən Əhmədovun İrəvanın mərkəzindən və Gümrü şəhərindən etdiyi paylaşımlar sosial şəbəkələrdə maraqla izlənilib. Həmin paylaşımlar sosial şəbəkələrin erməni seqmentində ciddi narahatlıqla qarşılanıb. Ermənilər rəsmi qurumlardan məsləyə aydınlıq gətirməyi tələb edinlər.

Əslən Ermənistanın Amasiya rayonunun Öksüz kəndindən olan Rövşən Əhmədovun qardaşı ilə birgə doğulduğu yerə də səfər edib və ata-baba evini axtarıb.

Onun ailəsi 1980-ci illərin sonunda etnik təmizləmələr zamanı doğma yurdunu tərk edərək Rusiyaya köçüb.

A.Qorxmaz

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir