Azərbaycanda istehlak bazarı 5%-ə yaxın böyüyüb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda istehlakçıların
tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və
göstərilmiş xidmətlərin dəyəri 6,8 milyard manat olub.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin
yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 4,6 faiz çoxdur.




Məlumata görə, ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət
dövriyyəsi, 18,7 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin
dəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri
tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri
2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 6,5 milyard
manata bərabər olub, onun 45,7 faizi fərdi sahibkarların fəaliyyəti
sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 660,2 manat və ya
2025-ci ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 59,4 manat çox
vəsait xərcləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir