Türkiyə millisinin daha bir üzvü “Yuventus”da çıxış etməyə yaxındır

Baş səhifə

Bakı. Trend:

Türkiyə millisinin və “Borussiya”nın(Dortmund) yarımmüdafiəçisi
Salih Özcan karyerasını harada davam etdirəcəyinə hələ ki qərar
verməyib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu “Yuventus”,
“Milan” və “Marsel” klublarının maraq dairəsindədir.

Lakin Özcan konkret addım atmağa tələsmir. “Borussiya” özü də
onun müqavilə müddətini artırmağa çalışır.




28 yaşlı futbolçunun almanlarla müqavilə müddəti mövsümün sonuna
qədər idi. Onun daha çox “Yuventus”da oynamağa müsbət yanaşdığı
iddia olunur.

Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində “Köln”, “Holşteyn
Kiel”, “Volfsburq” komandalarında oynayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir