Azərbaycanda tikinti materiallarının istehsalı 39,3 faiz artıb

Baş səhifə

Bakı.Trend:

Tikinti materiallarının istehsalı sahəsində 2026-сı ilin yanvar
ayında istehsalın ümumi dəyəri 117,8 milyon manat olmaqla, əvvəlki
ilin müvafiq ayı ilə müqayisədə 39,3 faiz artıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən dərc
edilən aylıq statistikada qeyd olunub.




Məlumata görə, ötən ay ərzində asfalt istehsalı 2,1 dəfə, əhəng
istehsalı 40,0 faiz, betondan yığma tikinti konstruksiyalarının
istehsalı 28,9 faiz, sement klinkerlərinin istehsalı isə 13,7 faiz
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir