
Bakı.Trend:
Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların
istehsalı sahələrində 2026-сı ilin yanvar ayında 38,2 milyon
manatlıq məhsul istehsal edilib.
Trend xəbər
verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən
dərc edilən alıq statistikada yer alır.
Bildirilir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə
avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 2,1 dəfə artıb,
maşın və avadanlıqların istehsalı 10,8 faiz azalıb.
2026-сı ilin yanvar ayında 402 ədəd və ya əvvəlki ilin müvafiq
ayı ilə müqayisədə 167 ədəd çox minik avtomobili istehsal olunub.
Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə yük
avtomobillərinin istehsalı 7,0 dəfə artıb.

