
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 193,4 min ton dizel yanacağı
istehsal olunub.
Trend bu barədə
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən məlumat
verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrünün
göstəriciləri ilə müqayisədə 32,6 min ton və ya 14,4 faiz
azdır.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycanda
226 min ton dizel yanacağı istehsal olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon
ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
56 min ton və ya 2,4 faiz azdır.
Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu
əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi
ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.

