Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır

Baş səhifə

Bakı.Trend:

Aprelin 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac
keçirəcək.

Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat
yayıb.

Bildirilir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsi, Daxili İşlər Nazirliyinin
Polis Akademiyası, Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinin tabeliyində olan “Milli İdman Tibb və Reabilitasiya
Elmi-Praktiki İnstitutu” PHŞ, Maliyyə Nazirliyi, Xarici İşlər
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə məxsus nəqliyyat vasitələrinin satışı həyata
keçiriləcək.




Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında
(Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) hərracın
keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısına linkdən baxmaq olar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir