
Bakı.Trend:
Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat keçirilir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və
həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən
saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana
aşkarlanıb.
Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları
şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti
ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

