“Ayaks”ın qapıçısı üçün mövsüm erkən başa çatdı

Baş səhifə

Bakı. Trend:

Niderlandın “Ayaks” klubunda zədələr davam edir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin daha bir
aparıcı üzvü sıradan çıxıb.




Müdafiəçi Aleksandr Zinçenkodan sonra qapçı Vítezslav Yaroş da
dizindən ağır zədə alıb. Çexiyalı qolkiper mövsümün qalan
hissədində komandaya kömək edə bilməyəcək. Zinçenko üçün də mövsüm
erkən başa çatıb.

Qeyd edək ki, “Ayaks” Vitezslav Yaroşu mövsümün əvvəlində “Liverpul”dan icarəyə götürüb. 24 yaşlı “əlcək sahibi” komandanın
heyətində 26 rəsmi matçda meydana çıxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir