
Bakı. Trend:
İsrail hava qüvvələrinin ötən gün Livanın şərqində həyta
keçirdiyi aviareydlər nəticəsində “Hizbullah” qruplaşmasının 8 üzvü
ölüb.
Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bu barədə qruplaşmanın rəsmi nümayəndəsi
açıqlama verib.
Livanın Səhiyyə Nazirliyi ötən gün Beqa bölgəsinə endirilən
aviazərbələr nəticəsində ümumilikdə 10 nəfərin həyatını itirdiyini
təsdiqləyib.
İsrail Müdafiə Qüvvələri (İDF) aviahücumlarda Balbək rayonunda
üç fərqli komanda mərkəzlərindəki Hizbullah terrorçularının hədəfə
alındığını bildirib.

