
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanda 5,8 min ton mazut
istehsal olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar ayındakı
göstərici ilə müqayisədə 12,2 min ton və ya 3,1 dəfə azdır.
1 fevrala olan vəziyyətə görə hazır məhsul ehtiyatı 5,1 min ton
təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon
ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
56 min ton və ya 2,4 faiz azdır.
Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu
əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi
ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.

