Azərbaycanda ağ neft istehsalı azalıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda 47,5 min ton ağ neft
istehsal olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 13,9 min ton və ya 22,6 faiz azdır. Belə ki, ötən ilin
yanvar ayında ölkədə ümumilikdə 61,4 min ton ağ neft istehsal
olunmuşdu.

1 fevrala olan vəziyyətə görə ölkədə hazır məhsul ehtiyatı 24,6
min ton təşkil edib.




Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon
ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
56 min ton və ya 2,4 faiz azdır.

Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu
əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi
ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir