Neft məhsullarının Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə daşınması ucuzlaşıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Azərbaycan­dan Ermənistana neft məhsullarının
daşınması üçün simvolik tarif müəyyən edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat
Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, 2025-ci ilin dekabr ayının əvvəlində Gürcüstan
Azərbaycan neftinin öz ərazisi vasitəsilə Ermənistana tranzitini
birdəfəlik və ödənişsiz şəkildə təmin edib. Növbəti partiya isə
standart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəb
olub.

Tarif məsələsi Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf
naziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın ərazi
idarəetməsi və infrastruktur naziri David Xudatyanla görüşünün əsas
müzakirə mövzusu olub.




Xudatyan Gürcüstan hökumətinin bu qərarına görə gürcü həmkarına
təşəkkürünü bildirib. Qərara əsasən, Azərbaycan­dan Ermənistana
neft məhsullarının daşınması üçün simvolik tarif dərəcəsi müəyyən
edilib.

Qeyd olunub ki, bu, iki ölkə arasında qarşılıqlı əlaqəliliyi
əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, Ermənistandan yük tranzitini
artıracaq və Gürcüstanın regional nəqliyyat qovşağı kimi rolunu
gücləndirəcək.

Bildirilib ki, Gürcüstanın əsas prioritetlərindən biri
təhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat
marşrutlarının inkişafıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir