FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Fövqəladə Hallar
Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər
Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmət
baş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkənd
kəndində dəfn olunub.

Trend nazirliyə
istinadən xəbər verir ki, dəfn mərasimində FHN-in rəhbər vəzifəli
şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları,
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.




Qeyd edilib ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş
təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar,
məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini
qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında
cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə
yetirib.

Xatırladaq ki, Hakim Piriyev bu gün saat 06:00 radələrində
Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının
söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən
hərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir