
Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanda 6,9 min ton neft bitumu
istehsal olunub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinin aylıq məlumatına istinadən xəbər
verir.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici 13,3 min ton və ya 2,9 dəfə azdır.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon
ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56 min ton və
ya 2,4 faiz azdır.
Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu
əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi
ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.

