Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Baş səhifə

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə
nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı
general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə hərbi
hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov
hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə
yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.




Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin
keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri
biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə
bacarıqları yüksək qiymətləndirilib.

General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlər
zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah
və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən
öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının
mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz
istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş
Komandanlığına müvafiq tapşırıqlar verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir