
Bakı. Trend:
“Ayntraxt”ın müdafiəçisi Nataniel Braun karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” almaniyalı
futbolçunu transfer etmək istəyir.
Məlumata görə, klub 22 yaşlı son cinah müdafiəçisinə 65 milyon
avro qiymət qoyub. “Mançester Siti” bu məbləği ödəməyə razılaşsa,
keçid baş tuta bilər.
Qeyd edək ki, “Ayntraxt” Nataniel Braunu 2024-cü ilin yanvarında “Nürnberq”dən 3 milyon avroya transfer edib. Almaniya millisinin
üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 30
rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

