ABŞ-də kamikadze dronların sınaqlarına başlanıldı

Baş səhifə

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi özəl şirkətlər tərəfindən kütləvi
istehsal üçün təqdim edilmiş 25 kamikadze tipli pilotsuz uçuş
aparatının prototipinin sınaqlarına başlayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sınaqlar Corciya ştatında yerləşən “Fort-Benning”
quru qoşunları bazasında keçirilir. Testlər mart ayının əvvəlinədək
davam edəcək. Kiçik və nisbətən ucuz dronlar, eləcə də onların
istehsalçıları ciddi yoxlamadan keçirilir.




Proqramın 25 iştirakçısından biri olan “Red Cat” şirkətinin “Teal Drones” bölməsinin baş icraçı direktoru Ceff Tompson bildirib
ki, Pentaqon kütləvi istehsalın təşkil edilməsinə üstünlük
verir.

Onun sözlərinə görə, istehsalçı məhsulu vaxtında buraxıb təhvil
verə bilməzsə, məsələn iki həftə gecikərsə, proqramdan
kənarlaşdırılacaq.

Sınaqlar başa çatdıqdan sonra qalib şirkət dronların tədarükü
üçün 150 milyon dollar məbləğində müqavilə əldə edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir