Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikilir

Baş səhifə

Bakı. Trend:

Vyetnamın paytaxtı Hanoyda dünyanın ən böyük futbol stadionu
inşa edilir.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, “Tronq Donq” (“Bürünc baraban”)
adlandırılacaq stadionunun tamaşaçı tutumu 135 min nəfər olacaq.
Bu, Şimali Koreyanın paytaxtı Pxenyandakı “1 May” stadionunun
tutumundan 5 min oturacaq çoxdur.




Stadionun inşasının 2028-ci ildə tamamlanması gözlənilir.
Açılıb-bağlanan dam örtüyünə malik “Bürünc baraban”da idman
yarışları ilə yanaşı, bir sıra ictimai və mədəni tədbirlər də
keçiriləcək.

Qeyd edək ki, smeta dəyəri təxminən 35 milyard ABŞ dolları olan
stadionun təməli 2025-ci ilin dekabrında qoyulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir