Orban Ukraynanı elektrik enerjisi təchizatını kəsməklə hədələdi

Baş səhifə

Bakı. Trend:

Əgər Ukrayna “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin
tranzitini yenidən bərpa etməzsə, Macarıstan Ukraynaya elektrik
enerjisinin verilməsini dayandıra bilər.

Trend xəbər verir ki, bu
fikirləri Macarıstanın Baş naziri Viktor Orban Bekeşçaba şəhərində
keçirilən mitinqdə səsləndirib.

Orban qeyd edib ki, Budapeştin bir neçə ay üçün kifayət edəcək
neft ehtiyatı mövcuddur. Bununla belə, tədarükün dayandırılması
halında Kiyevə qarşı cavab addımlarının atılacağını bildirib.




“Bu asan məsələ deyil. Elektrik enerjisinin verilişini
dayandırsaq, arzuolunmaz nəticələr yarana bilər. Slovaklar da bunu
mümkün variant kimi qiymətləndiriblər. Buna görə addımlarımızı
Slovakiya ilə uzlaşdırırıq və zərurət yaranarsa, belə bir qərar
verəcəyik”, – deyə Orban vurğulayıb.

Xatırladaq ki, bu gün Slovakiyanın Baş naziri Robert Fitso da
bildirib ki, əgər Kiyev ölkəyə neft nəqlini bərpa etməzsə, fevralın
23-dən etibarən Ukraynaya elektrik enerjisinin tədarükü
dayandırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir