Zelenski və NATO-nun baş katibi Rusiya ilə gözlənilən danışıqlara hazırlığı müzakirə etdilər

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark
Rütte ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki,
Zelenski bu barədə öz teleqram kanalında paylaşım edib.

Ukrayna lideri bildirib ki, diplomatik fəaliyyətin bütün əsas
istiqamətləri üzrə mövqelər uzlaşdırılıb və bir çox məsələlərdə
Mark Rütte ilə baxışlarının üst-üstə düşməsindən məmnunluq
duyur.




Zelenski həmçinin Rütteni ABŞ və Rusiya ilə planlaşdırılan
növbəti üçtərəfli danışıqlar mərhələsinə hazırlıq prosesi, eləcə də
tərəflərin mövqeləri barədə məlumatlandırdığını qeyd edib.

Onun sözlərinə görə, telefon danışığında Ukraynada energetika
sektorundakı vəziyyət də diqqət mərkəzində olub: “Energetika
sahəsində mövcud vəziyyəti və PURL proqramı çərçivəsində gələcək
fəaliyyətin vacibliyini müzakirə etdik. PURL vasitəsilə müdafiəmizə
sərmayə yatıran bütün Avropa ölkələrinə təşəkkür edirəm. Mark,
dəstəyə görə minnətdaram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir