Almaniya kansleri Vaşinqtona səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts gömrük rüsumları ilə bağlı
yaranmış yeni vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə
etmək məqsədilə Vaşinqtona səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, Merts
bu barədə ARD telekanalına verdiyi müsahibədə danışıb.

O qeyd edib ki, ABŞ Ali Məhkəməsi gömrük siyasəti ilə bağlı
qərarı ilə Vaşinqton administrasiyasının səlahiyyət çərçivəsini
müəyyən edib.

Kanslerin sözlərinə görə, söhbət sahəvi rüsumlardan deyil, ümumi
tarif dərəcəsindən gedir.




Merts bildirib ki, ABŞ prezidenti ilə görüşdən öncə Avropa
İttifaqı çərçivəsində məsləhətləşmələr keçiriləcək və “tam aydın
Avropa mövqeyi” formalaşdırılacaq.

Almaniya hökumətinin rəhbəri əlavə edib ki, tətbiq olunan
rüsumlar ilk növbədə həmin rüsumları tətbiq edən ölkənin özünə
ziyan vurur.

O vurğulayıb ki, Almaniya da ixracın azalması ilə əlaqədar
müəyyən çətinliklərlə üzləşir, lakin son nəticədə daha ağır yük ABŞ
istehlakçılarının üzərinə düşür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir