“Arsenal” “Milan”ın vingerini transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Milan”ın futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer
Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Arsenal” portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə
İngiltərə mətbuatı məlumat yayıb.




London nəhənginin baş məşqçisi Mikel Arteta Leaonun oyununu
bəyənir. “Arsenal” 26 yaşlı oyunçu üçün artıq İtaliya klubu ilə
ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, “Milan” Rafael Leaonu 2019-cu ilin yayında “Lill”dən 49 milyon avroya transfer edib. Portuqaliya millisinin
üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı
20 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir