Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp şəhər kanalizasiyasından Potomak
çayına tullantı sularının axması səbəbindən paytaxtda fövqəladə
vəziyyət rejiminin tətbiqini təsdiqləyib.

Trend xəbər verir ki, bu
barədə Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi açıqlama
yayıb.

Qərar agentliyə yerli hakimiyyət orqanlarının fövqəladə
vəziyyətin nəticələrinə qarşı tədbirlərini əlaqələndirmək və
əhaliyə yardım göstərmək səlahiyyəti verir.




Yanvarın ortalarında Merilend ştatında kanalizasiya borularının
partlaması nəticəsində Potomak çayına 886 min kubmetr tullantı suyu
axıb. Hadisə zonasından aşağı hissədə Vaşinqtonun hazırda
fəaliyyətini dayandırmış suqəbuledici qurğuları yerləşir.

Fevral ayında ABŞ administrasiyasının rəhbəri Merilenddə böyük
ekoloji fəlakətin baş verdiyini bildirərək ştat rəhbərliyini
səriştəsizlikdə ittiham edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir