İran Aİ ölkələrinin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatı elan edib

Baş səhifə

İran hakimiyyəti Avropa İttifaqına üzv ölkələrin Hərbi Hava və Hərbi Dəniz Qüvvələrini terror təşkilatları kimi tanıyıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin “Teleqram” kanalında dərc olunan bəyanatda bildirilib ki, Avropa İttifaqına üzv bütün dövlətlərin Hərbi Dəniz və Hərbi Hava qüvvələri terror təşkilatları elan olunur.

Qeyd edilib ki, qərar ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab tədbirləri haqqında qanuna əsasən qəbul edilib.

Nazirlik vurğulayıb ki, bu qanun ABŞ-ın qərarını dəstəkləyən ölkələrə də şamil olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir