Makron Trampdan Avropa vətəndaşlarına tətbiq olunan sanksiyaların aradan qaldırılmasını istədi

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti
Donald Trampa ünvanladığı məktubda bir sıra Avropa vətəndaşlarına
qarşı tətbiq edilmiş sanksiyaların ləğvini xahiş edib.

Trend xəbər verir ki, bu
barədə “La Tribune Dimanche” qəzeti yazıb.

Məsələ əsasən Avropanın daxili bazar üzrə keçmiş komissarı
Tyerri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Nikolas
Giyu ilə bağlıdır.

Qəzetin sitat gətirdiyi məktubda Makron administrasiyanın
qərarlarına yenidən baxılmasını və Nikolas Giyu ilə Tyerri Bretona
qarşı ədalətsiz hesab etdiyi sanksiyaların ləğv olunmasını xahiş
edib.




Nəşrin yazdığına görə, ABŞ daha əvvəl Breton və Vaşinqtonun
amerikalılara qarşı senzura cəhdlərində iştirak etdiyini düşündüyü
bir neçə şəxsə viza məhdudiyyətləri tətbiq etmişdi. Keçmiş Avropa
komissarı, xüsusilə, Aİ-nin rəqəmsal xidmətlər haqqında qanununun
əsas təşəbbüskarlarından biri kimi göstərilir.

Makron bildirib ki, Tyerri Bretona qarşı tətbiq edilən
sanksiyalar Avropa qanunvericiliyinin müstəqilliyinə zərbə vurur və
yanlış yanaşmaya əsaslanır. Onun sözlərinə görə, Avropanın rəqəmsal
tənzimləmə mexanizmi ekstraterritorial xarakter daşımır və
ayrı-seçkilik olmadan həyata keçirilir.

Fransa Prezidenti, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsinin
İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri
Yoav Qalant barəsində həbs orderi çıxarmasından sonra ABŞ-nin
Giyuya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib. O hesab edir
ki, bu addım məhkəmə müstəqilliyi prinsipinə və BCM-in mandatına
xələl gətirir.

Qəzetin məlumatına görə, Makron Fransanın xarici işlər naziri
Jan-Noel Barroya ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşnerin XİN-ə
çağırılması barədə göstəriş verib. Çağırışın səbəbi açıqlanmasa da,
qeyd olunur ki, diplomat daha əvvəl Dövlət Departamentinin “X”
platformasında sağçı fəal Kanten Derankın ölümü ilə bağlı araşdırma
aparılması çağırışını paylaşmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir