
Bakı. Trend:
Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km
cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə
alınıb.
Trend xəbər verir ki, bu
barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin
Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

