
Bakı. Trend:
“Ayntraxt Frankfurt”un yarımmüdafiəçisi Mario Getze Kriştianu
Ronaldu ilə birlikdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda
oynamaq istəyir.
Trend xəbər verir ki, Getze
2014-cü ildə Almaniya millisinin heyətində dünya çempioni olub. O,
final oyununda Argentinanın qapısına vurulan yeganə qolun
müəllifidir.
“Əgər seçimim olsaydı, “Əl-Nəsr”ə gedərdim, çünki Kriştianu
Ronaldu orada oynayır. Amma təbii ki, məsələ yalnız bir konkret
klubda deyil: yarışın özü və hadisələrin necə inkişaf etməsi də
vacibdir, xüsusən də gənc oyunçular üçün”, – deyə Getze
bildirib.
Bu mövsüm Getze klubun heyətində bütün yarışlarda 25 oyun
keçirib və iki məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi
2026-cı ilin iyun ayına qədərdir.

